Türkiyənin daha altı əyaləti zəlzələ bölgəsi elan edilib

Türkiyənin daha altı əyaləti zəlzələ bölgəsi elan edilib

Bakı. TurkicWorld:

Türkiyənin daha altı əyaləti zəlzələ bölgəsi elan edilib.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda fevralın 6-da baş verən zəlzələlərdə Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda binaların dağıldığı yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət əraziləri kimi qəbul edilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində fevralın 8-i saat 01:00-dan etibarən 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.