Türkiyənin “taxıl dəhlizi” vasitəsilə 25 milyon tondan çox taxıl daşınıb

Türkiyənin “taxıl dəhlizi” vasitəsilə 25 milyon tondan çox taxıl daşınıb

Bakı, TurkicWorld:

Türkiyənin “taxıl dəhlizi” sazişi vasitəsilə mart ayının 19-dan etibarən 31 gəmi ilə 1 milyon 215 min 354 ton olmaqla, ümumilikdə 25 milyon tondan çox taxıl daşınıb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, daşınan taxılın 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, beş faizi Yaxın Şərqə daşınıb.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.