HÜRJET Türkiyənin ilk reaktiv pilotlu təyyarəsi olacaq - İsmail Demir

HÜRJET Türkiyənin ilk reaktiv pilotlu təyyarəsi olacaq - İsmail Demir

Bakı. TurkicWorld:

İlk reaktiv təyyarə təlim təcrübəmizi yaşadığımız HÜRJET, Türkiyənin ilk reaktiv pilotlu təyyarəsi olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir açıqlamasında bildirib.

O, Türkiyənin öz hava qüvvələrinin pilot təlimində istifadə edəcəyi təyyarələri istehsal etməyə başladığını qeyd edib.

"HÜRJET təkcə təlim təyyarəsi olaraq qalmayacaq. Bəzi kiçik dəyişikliklərdən sonra o yaxın hava dəstəyi təyyarəsi kimi də istifadə edilə biləcək." – deyə Dəmir əlavə edib.

Nazir bildirib ki, təyyarənin kokpiti tamamilə yerli avadanlıqla hazırlanıb və ABŞ-ın istehsal etdiyi F-35 qırıcılarının kokpitdən heç də geri qalmır.

HÜRJET-in yaxın günlərdə bir neçə sınaq uçuşu keçirəcəyini qeyd edən nazir, xarici qurumlardan çoxlu sayda sifariş gözlədiklərini açıqladı.

“Təyyarəmiz uçuşa başladıqdan sonra sınaq məqsədləri üçün məlumat almağı hədəfləyən qurğularımız var. Bunlardan əldə edilən məlumatlar ilə birlikdə təyyarəmizin dizayn mərhələsində planlaşdırılan performans parametrlərinə nə dərəcədə nail olduğunu görəcəyik. Oradan gələn məlumatlar ilə qərar mərhələsinə keçəcəyik”. – deyə Dəmir vurğulayıb.

Məlumat üçün qeyd edək ki, HÜRJET reaktiv təyyarəsi Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilib.