Son dəqiqə

Türkiyə Süleyman Soylu AFAD zəlzələ Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi

Türkiyədə yeni zəlzələlər nəticəsində 1 nəfər ölüb - Süleyman Soylu

Bakı. TurkicWorld:

Türkiyənin Hatay əyalətində baş verən yeni zəlzələlər nəticəsində bir qadın həlak olub.

TurkicWorld bu xəbəri Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkəni daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, dağıntılar altında 4 nəfər qalıb.

"Onlardan biri artıq xilas edilib, digər üçünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir", - deyə nazir bildirib.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.

Mövzuya görə xəbərlər