Son dəqiqə

Kemal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyası (CHP) Cumhuriyyət Xalq Partiyasının (CHP) 39-cu Qurultayı Özgür Özel CHP-də korrupsiya

Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan parçalanma fonunda partiya sədri Kemal Kılıçdaroğlu, yeni siyasi partiya yaradacağını açıqlayan Özgür Özəllə bağlı tərəfdarlarına mühüm göstəriş verib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Kılıçdaroğlu Özgür Özəlin CHP-dən ayrılaraq yeni siyasi təşkilat yaratmaq qərarından sonra onu dəstəkləyən millət vəkilləri ilə qapalı toplantı keçirib. Görüşdə partiyanın bundan sonrakı fəaliyyət istiqamətləri, CHP-də qalacaq və ayrılacaq deputatlarla bağlı yol xəritəsi müzakirə olunub.

Məlumata əsasən, Kılıçdaroğlu millət vəkillərinə Özgür Özəl və onunla birlikdə partiyadan ayrılacaq şəxslər barədə mənfi açıqlamalar verməməyi tapşırıb.

"Bundan sonra əsas hədəfimiz hakimiyyət olacaq. Müxalifətə qarşı müxalifət aparmayacağıq. Tənqidlərimizi iqtidara yönəldəcəyik. Partiyadan ayrılanlar haqqında heç bir mənfi açıqlama verməyəcəyik. Onlar bir vaxtlar bizim yol yoldaşlarımız olublar. Heç bir millət vəkilinin və yol yoldaşımızın təhqir olunmasına imkan verməyəcəyik. Biz öz proqramımızı və siyasətimizi cəmiyyətə təqdim etməyə davam edəcəyik", – deyə Kılıçdaroğlu bildirib.

Qeyd edək ki, CHP-nin keçmiş qrup sədrinin müavini Özgür Özəl yeni siyasi partiya yaradacaqlarını açıqlayıb. Onun sözlərinə görə, yeni partiya xalqın seçdiyi millət vəkillərinin iştirakı ilə formalaşdırılacaq və əsas müxalif siyasi qüvvəyə çevrilməyi hədəfləyəcək.

CHP-də baş verən son hadisələr Türkiyə siyasətində müxalif düşərgənin gələcək siyasi düzəninə təsir göstərə biləcək mühüm proses kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər