BAKI,TurkicWorld
Türkiyədə məhkəmənin çıxardığı qərara əsasən, "Yeni Partiya"nın sədri Özgür Özel ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadələrə görə, dövlət başçısına 800 min lirə (təxminən 30,240 manat manat) həcmində təzminat ödəyəcək.
Bu barədə NTV telekanalı Ərdoğanın vəkili Hüseyin Aydına istinadən məlumat yayıb.
Prezident Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında etdiyi paylaşımda bildirib ki, Özgür Özəl barəsində Prezident Ərdoğanı hədəf alan iddiaları və təhqiramiz ifadələrinə görə ümumilikdə 800 min lirə mənəvi təzminat ödənilməsi barədə qərar qəbul edilib.
Aydın paylaşımında məhkəmənin qərarı ilə bağlı aşağıdakı məlumatları verib:
"...Məhkəmə Mərmərə Cəza Müəssisəsindən çıxarkən etdiyi çıxışa görə 200 min lirə, 13 avqust 2025-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) təşkil etdiyi və İstanbulun Bayrampaşa rayonunda keçirilən "Xalqın iradəsinə sahib çıxırıq" mitinqindəki çıxışına görə 300 min lirə və 18 avqust 2025-ci ildə Aydında keçirdiyi mitinqdəki çıxışına görə 300 min lirə mənəvi təzminat ödənilməsinə hökm edib."







