Son dəqiqə

Türkiyə İxracatçılar Məclisi Türkiyə Polad İxracatçılar Birliyi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad ixracı

Türkiyənin Azərbaycana polad ixracı xeyli artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43,9 faiz artaraq, 64 milyon 647 min 9 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,5 faiz artıraraq, 11 milyon 940 min 43 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 22,4 faiz artaraq 1 milyard 750 milyon 276 min dollar təşkil edib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 8 milyard 384 milyon 208 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 16 milyard 670 milyon 645 min dollar dəyərində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər