Son dəqiqə

Türkiyə İran Hakan Fidan Yaxın Şərq atəşkəs Abbas Əraqçi Diplomatiya ABŞ-İran münasibətləri

İran və Türkiyə xarici işlər nazirləri atəşkəs vəziyyətini müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran və Türkiyə xarici işlər nazirləri ABŞ ilə İran arasında mövcud atəşkəs vəziyyəti və regiondakı son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı keçirib.

Türkiyənin dövlət televiziyası TRT-nin məlumatına görə, tərəflər ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının hazırkı vəziyyətini, eləcə də bölgədə baş verən son hadisələri müzakirə ediblər.

Danışıq zamanı regional gərginliyin azaldılması və diplomatik proseslərin davam etdirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olduğu bildirilib.

Türkiyə daha əvvəl ABŞ və İran arasında yaranmış qarşıdurmanın diplomatik yollarla həll olunmasının vacibliyini vurğulayıb.

Ankara regionda sabitliyin qorunması və yeni hərbi qarşıdurmanın qarşısının alınması üçün tərəflərlə təmaslarını davam etdirir.

Mövzuya görə xəbərlər