BAKI,TurkicWorld, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə-ABŞ münasibətləri, hərbi əməkdaşlıq və Prezident Rəcəb Tayyib Ərdoğan barədə mühüm və olduqca müsbət bəyanatlarla çıxış edib.
TurkicWorld xəbər verir ki, Ağ Ev rəhbəri iki ölkə arasında yaxın tərəfdaşlıq əlaqələrini önə çıxararaq dondurulmuş F-35 qırıcı proqramı ilə bağlı mesaj verib.
Donald Tramp rəsmi açıqlamasında Vaşinqton və Ankara arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: "F-35-lərlə bağlı qərar verəcəyik, çox yaxşı münasibətlərimiz var. Türkiyə ilə əla əlaqələrə sahibik"







