Son dəqiqə

Türkiyə ABŞ Rəcəb Tayyib Ərdoğan Donald Tramp

Donald Tramp Ankaraya gəlib, Ərdoğan onu rəsmi mərasimlə qarşılayıb

BAKI,TurkicWorld Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısında iştirak etmək üçün Ankaraya gəlib.

Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılama mərasimi ilə qarşılanıb.

Tərəflər arasında ikitərəfli görüşün yerli vaxtla saat 15:00-da başlaması gözlənilir.

Görüşdə Türkiyə–ABŞ münasibətləri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq gündəlikdə yer alan əsas məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Mövzuya görə xəbərlər