Son dəqiqə

Türkiyə NATO Ankara Mustafa Kamal Atatürk Anıtkabir Stefan Frederik Müller NATO Zirvəsi

NATO rəsmiləri Atatürkün məzarı önündə ehtiram göstərib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə toplantısı çərçivəsində Türkiyəyə gələn NATO yanında daimi nümayəndələr və yüksək vəzifəli rəsmilərdən ibarət nümayəndə heyəti Anıtkabiri ziyarət edib.

TurkicWorld xəbər verir ki, nümayəndə heyətinə Lüksemburqun NATO yanında daimi nümayəndəsi Stefan Frederik Müller rəhbərlik edib. Heyət Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək abidə önünə əklil qoyub.

Nümayəndə heyəti daha sonra Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad edib və xatirə şəkli çəkdirib.

Stefan Frederik Müller Anıtkabirin Xatirə Kitabına yazdığı qeyddə bildirib ki, nümayəndə heyəti Türkiyə Respublikasının qurucusunun irsinə ehtiram göstərmək və türk xalqına olan hörmətini bir daha ifadə etmək üçün bir araya gəlib. O qeyd edib ki, Atatürkün "Yurdda sülh, dünyada sülh" prinsipi NATO alyansının ruhunu əks etdirən əsas dəyərlərdən biridir. Müller həmçinin NATO-nun Ankara Zirvəsi münasibətilə Türkiyəyə səfər etməkdən məmnun olduqlarını ifadə edib.

Mövzuya görə xəbərlər