BAKI,TurkicWorld Orxan Qədirzadə
NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda alyansın ilk mühüm qərarını açıqlayıb.
Baş katib bildirib ki, NATO müttəfiqləri hava nəqliyyatı imkanlarını gücləndirmək məqsədilə Airbus şirkətindən 12 ədəd A400M hərbi nəqliyyat təyyarəsi əldə edəcəklər.
Mark Ruttenin sözlərinə görə, qərar alyansın strateji hava daşımaları və hərbi logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Yeni təyyarələrin NATO-nun kollektiv müdafiə qabiliyyətinin artırılmasına, qoşun və hərbi texnikanın daha operativ şəkildə daşınmasına, həmçinin müxtəlif əməliyyatlarda çevikliyin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.
Qərar Ankarada keçirilən NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində açıqlanan ilk rəsmi nəticə kimi qiymətləndirilir.







