Son dəqiqə

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hava limanı yanğını Türkiyənin Sabiha Gökçen Hava Limanı Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı

Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada yerini möhkəmləndirir - 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin aprel ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 15 milyon 252 min 137 nəfər olub.

Bu barədə TurkicWorld - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 6 milyon 781 min 507 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 8 milyon 470 min 630 nəfər təşkil edib.

2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 163 min 897 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq, 49 min 303 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 5 faiz artaraq, 114 min 594 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 7 faiz artaraq, 88 min 371 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 37 min 899, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 50 min 472 olub.

2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.

Mövzuya görə xəbərlər