Son dəqiqə

Suriya Türkiye humanitar yardım Qəzza Türk Kızılayı Fatma Meriç

Türk Kızılayı yardım göstərdiyi ölkələrin sayına görə dünyada birinci olub

BAKI, TurkicWorld

Türk Kızılayı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2025-ci il Beynəlxalq İkitərəfli Yardım Hesabatına əsasən, humanitar yardım çatdırdığı ölkələrin sayına görə dünyada birinci olub. Təşkilat beynəlxalq ikitərəfli yardımın ümumi maliyyə həcminə görə isə ikinci yerdə qərarlaşıb.

TurkicWorld xəbər verir ki, Kızılay hesabat dövründə xüsusilə Qəzzaya göstərilən humanitar yardımlarda mühüm rol oynayıb. Təşkilat bölgəyə təxminən 33 milyon dollar dəyərində yardım çatdıraraq, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı çərçivəsində Qəzzaya göndərilən beynəlxalq yardımın 48 faizini təmin edib.

Bundan əlavə, Kızılay Suriyada və digər böhran bölgələrində də fəaliyyətini davam etdirib. Təşkilatın ümumi beynəlxalq humanitar yardım həcmi təxminən 152 milyon dollara çatıb. Bunun 101 milyon dolları Suriyaya, 33 milyon dolları Qəzzaya, qalan hissəsi isə digər ölkələrdəki humanitar əməliyyatlara yönəldilib.

Kızılay prezidenti Fatma Meriç Yılmaz əldə olunan nəticələrin həm qürurverici, həm də böyük məsuliyyət olduğunu bildirib. O, göstərilən yardımların xalqın həmrəylik və xeyirxahlıq ruhunun nəticəsi olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər