BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan regional turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə bir araya gəlib.
TurkicWorld xəbər verir ki, diplomatik mənbələr görüşün əsas mövzusunun regionda genişlənən müharibə və İranın Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə qarşı həyata keçirdiyi cavab zərbələri olduğunu bildiriblər.
BƏƏ Müdafiə Nazirliyinin açıqladığı son məlumatlar müharibənin miqyasını bir daha göz önünə qoyub. İranın fevralın sonunda başlayan əməliyyatlara cavab olaraq həyata keçirdiyi hücumlar nəticəsində BƏƏ hava hücumundan müdafiə sistemləri aşağıdakı nəticələri əldə edib:
338 ballistik raket zərərsizləşdirilib;
1 740 dron (PUA) vurulub.
Təəssüf ki, intensiv hücumlar mülki itkilərsiz ötüşməyib. Rəsmi məlumata görə, hücumlar nəticəsində 6 mülki şəxs həlak olub, 158 nəfər isə yaralanıb. Yaralılar arasında BƏƏ və Misir vətəndaşları ilə yanaşı, Türkiyə vətəndaşlarının da olduğu təsdiqlənib. Hakan Fidanın bu səfəri həm də bölgədəki Türkiyə vətəndaşlarının təhlükəsizliyi və regional gərginliyin azaldılması üçün aparılan "təcili diplomatiya"nın bir hissəsidir.






