Son dəqiqə

Türkiyə Uqanda Muhoozi Kainerugaba

Uqanda generalı Türkiyə barədə niyə qalmaqallı açıqlamalar verir?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Uqanda Müdafiə Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Muhoozi Kainerugabanın Türkiyəyə dair sosial şəbəkə paylaşımı beynəlxalq diqqətə səbəb olub.

TurkicWorld xəbər verir ki, o, X platformasında etdiyi açıqlamada Türkiyə haqqında yazmağı dayandırdığını bildirərək, “bir neçə paylaşım ilə onları fəth etdim” kimi ifadələr işlədib. Bu sözlər xüsusilə diplomatik çevrələrdə qeyri-adi və provokativ bəyanat kimi qiymətləndirilir.

Kainerugabanın açıqlamaları təkcə bu paylaşım ilə məhdudlaşmır. O, daha əvvəl də Türkiyəyə qarşı mübahisəli iddialar irəli sürmüş, sosial mediada geniş rezonans doğuran mesajlar paylaşmışdı. Onun son bəyanatı isə iki ölkə arasında rəsmi münasibətlər kontekstində qeyri-adi ritorika kimi dəyərləndirilir.

Sosial şəbəkə açıqlaması gərginlik yaratdı

Uqandalı hərbçi paylaşımında Türkiyə ilə bağlı sərt və iddialı ifadələr işlədərək, Türkiyə Uqanda haqqında mənfi danışmamalıdır deyib. Bu cür açıqlamalar diplomatik etiket baxımından qeyri-adi hesab olunur və rəsmi dövlət mövqeyini əks etdirmədiyi qeyd edilir.

Bununla yanaşı, Kainerugaba əvvəlki illərdə də Türkiyə ilə bağlı şəxsi xarakterli açıqlamaları ilə gündəmə gəlib. O, həmçinin Türkiyədə yaşayan uqandalı müxalif fiqur Fred Kajubi Lumbuye məsələsini də tez-tez gündəmə gətirərək siyasi gərginlik ritorikası formalaşdırıb.

Lumbuye məsələsi və əvvəlki iddialar

Fred Kajubi Lumbuye Uqanda hökumətinə müxalif fəaliyyəti ilə tanınan şəxs kimi bilinir. 2013-cü ildə Türkiyəyə sığındığı iddia edilən Lumbuye ilə bağlı Kainerugaba bir neçə dəfə Türkiyəyə müraciət xarakterli sərt açıqlamalar vermişdi.

O, həmçinin bəzi paylaşımında Türkiyədən maddi tələblər irəli sürdüyünü iddia etmiş, tələblərin yerinə yetirilməməsi halında siyasi addımlar atıla biləcəyini bildirib. Bu açıqlamalar daha sonra qismən silinsə də, sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

Diplomatik dairələrdə qiymətləndirmə

Beynəlxalq münasibətlər üzrə ekspertlər hesab edir ki, ordu rəhbərliyi səviyyəsində belə şəxsi və emosional ifadələrin işlədilməsi diplomatik etikaya uyğun deyil. Analitiklər bu cür açıqlamaların dövlətlərarası münasibətlərdə gərginlik riski yaratdığını vurğulayırlar, lakin rəsmi Uqanda-Türkiyə xəttində hazırda açıq diplomatik böhran mövcud deyil.

Mövzuya görə xəbərlər