Son dəqiqə

Türkiyə Suriya Ankara Səudiyyə Ərəbistanı Hakan Fidan Qəzza Dəməşq Feysəl bin Fərhan Al Səud

Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı Suriyada baş verən son hadisələr, Qəzza üzrə sülh planının icrası və regionda mövcud olan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Yaxın Şərqdə sabitliyin qorunması, humanitar vəziyyət və diplomatik təşəbbüslərin koordinasiyası məsələlərinə xüsusi diqqət ayırıblar.

Mövzuya görə xəbərlər