Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya qeyri-qanuni miqrant Qeyri-qanuni miqrantlar Miqrantların qaytarılması Könüllü miqrant çıxışı Miqrasiya idarəçiliyi miqrant əməliyyatı və miqrant qaçaqçılığı Miqrant qaçaqçılığı ilə mübarizə qlobal miqrasiya statistikası miqrantlara dəstək aksiyası miqrant hüquqları Qanunsuz miqrasiya miqrasiya islahatı miqrasiya miqrantlara yardım göstərən təşkilatlar

Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin bütün əyalətlərində qeyri-qanuni miqrasiya və insan alverinə qarşı keçirilən genişmiqyaslı yoxlamaların nəticələrini açıqlayıb.

TurkicWorld xəbər verir ki, miqrasiya İdarəsi, daxili qoşunlar və polis qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatlarda 19 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Nazir Yerlikaya sosial media hesabında bildrib ki, 27 mindən çox personalla 14 mindən çox müxtəlif məkanda aparılan yoxlamalar zamanı 372 min 409 nəfərin şəxsiyyəti yoxlanılıb. Əməliyyat nəticəsində ölkə ərazisində qanunsuz məskunlaşan 478 düzənsiz miqrant saxlanılaraq deportasiya mərkəzlərinə təhvil verilib.

Nazir Yerlikaya Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizədə dünyaya nümunə olacaq bir siyasət izlədiyini vurğulayıb. O qeyd edib ki, strateji yanaşma sayəsində Türkiyə artıq qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit marşrutu olmaqdan çıxıb. Sahil Mühafizəsi Komandanlığının da dəstək verdiyi yoxlamalar zamanı 422 terminal və 7 mindən çox ictimai yer nəzarətə götürülüb. Saxlanılan miqrantların öz ölkələrinə geri göndərilməsi prosedurlarına dərhal start verilib.

Mövzuya görə xəbərlər