Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması

Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

BAKI, TurkicWorld , Nailə Babazadə

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb.

TurkicWorld xəbər verir ki, bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.

Burhanettin Duranın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp 16 yanvar 2026-cı il tarixində Sülh Şurasının təsisçi sədri qismində rəsmi məktub göndərib. Tramp həmin məktubla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında təsisçi üzv kimi yer almağa dəvət edib.

Mövzuya görə xəbərlər