Son dəqiqə

Türkiyə ABŞ Rusiya Ukrayna Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski Donald Tramp

Ərdoğan Türkiyənin Putin və Zelenski ilə birbaşa təmas qurmağa hazır olduğunu bildirib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə birbaşa təmas qurmaq imkanından danışıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Türkiyə həm cənab Putin, həm də cənab Zelenski ilə birbaşa ünsiyyət qura bilən yeganə aktordur. Bizim qapılarımız hər kəs üçün açıqdır. Mən bu mövzuda qətiyyətimi hər iki liderə açıq şəkildə, dəfələrlə ifadə etmişəm”,- deyə Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Ərdoğan yanvarın 2-də yaxın zamanda Amerikalı həmkarı Donald Trampla Ukrayna münaqişəsinin nizamlanması üzrə planı müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

Mövzuya görə xəbərlər