Son dəqiqə

Azərbaycan Türkiyə Gürcüstan Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər qəza təyyarə qəzası

Təyyarə qəzasında 20 hərbçimiz şəhid olub - Türkiyə MN

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub.

TurkicWorld xəbər verir ki, nazirliyin məlumatına görə, təyyarə dünən Azərbaycandan Türkiyəyə uçuşa başladıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.

Məlumatda bildirilir ki, şəhid olan hərbçilərin kimliyi müəyyənləşdirilib və onların adları, həmçinin fotoları Nazirliyin rəsmi sosial media hesablarında paylaşılıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də hadisə ilə bağlı başsağlığı mesajı yayıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər