Son dəqiqə

Qəzza zolağı Qəzza Türkiyə XİN Qəzzada jurnalistlərin ölümü Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzada müharibənin sonu Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025 Qəzza müharibəsi əlaqələri Qəzzada müharibə cinayətləri Qəzzaya yardımın qarşısının alınması Türkiyə XİN açıqlaması Qəzza məsələsi

İsrailin “Əzm Flotiliyasına” hücumu terror aktıdır - Türkiyə XİN

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin beynəlxalq sularda “Əzm” donanmasına hücumunu kəskin şəkildə pisləyib. Nazirliyin bəyanatında bu addımın “terrorizm aktı” olduğu və mülki insanların həyatını birbaşa təhlükə altına atdığı bildirilib.

TurkicWorld xəbər verir ki, Ankara hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirərək, İsrailin məsuliyyət daşıdığını vurğulayıb. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti mülki gəmilərin toxunulmazlığını təmin etməyə və İsrailin bu cür hərəkətlərinə qarşı tədbir görməyə çağırıb.

“Əzm” donanması humanitar yardım məqsədilə Qəzzaya doğru hərəkət edirdi. İsrailin müdaxiləsi bölgədə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

Mövzuya görə xəbərlər