Türkiyə İstanbul Bursa zəlzələ Türkiyədə zəlzələ 2025 zəlzələ sonrası layihələr

Türkiyədə zəlzələ: Bursa və İstanbulda hiss edilib

BAKI, TurkicWorld

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Bursa yaxınlığında 3,4 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, yeraltı təkanlar 3,1 kilometr dərinlikdə qeydə alınıb.

Episentrin Bursa şəhərinə təxminən 22 kilometr məsafədə yerləşdiyi bildirilib.

Zəlzələ İstanbul və ətraf bölgələrdə də hiss olunub. Hazırda hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Kandilli Rəsədxanası bölgədə seysmoloji müşahidələrin davam etdirildiyini vurğulayıb.

Mövzuya görə xəbərlər