Son dəqiqə

Türkiyə AFAD zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları Zəlzələnin təsiri və nəticələri Ekvador zəlzələ təhlükəsi

Balıkəsirdə ardıcıl iki zəlzələ olub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Balıkəsirdə ardıcıl iki zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda bu gün səhər saatlarında 3,5 və 4 bal gücündə iki yeraltı təkan baş verib. Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) saat 09:47-də episentri Sındırgı olan, 7 kilometr dərinlikdə 3,5 bal gücündə zəlzələ qeydə alındığını bildirib. Saat 11:11-də isə eyni bölgədə 8,4 kilometr dərinlikdə 4 bal gücündə ikinci təkan baş verib.

Qeyd edək ki, hazırda zəlzələlər nəticəsində hər hansı xəsarət və ya ciddi maddi ziyan barədə məlumat verilməyib.

Mövzuya görə xəbərlər