Son dəqiqə

Türkiyə NATO Ukrayna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski Antalya limanı Ankara Esenboğa Hava Limanını

Zelenski Ərdoğanla görüş üçün Ankaraya gedib

BAKI, TurkicWorld

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.

TurkicWorld xəbər verir ki, Zelenskini daşıyan təyyarə saat 12:14-də Ankara Esenboğa hava limanına enib.

Onu Ukraynanın xarici işlər naziri Andrii Sybiha və digər rəsmilər qarşılayıb.

Günün ikinci yarısında Ankaradakı Prezident Kompleksində Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Qeyd edək ki, Zelenskinin Türkiyə səfəri NATO Xarici İşlər Nazirlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra gerçəkləşir. Eyni zamanda, bu gün tarixi sülh sammitinin də keçirilməsi gözlənilir.

Mövzuya görə xəbərlər