Son dəqiqə

Türkiyə Rusiya Ukrayna İtaliya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Ukrayna müharibəsi

Türkiyənin rolu sülh üçün vacibdir- İtaliya baş naziri

BAKI, TurkicWorld

İtaliyanın baş naziri Giorgia Meloni Ərdoğana təşəkkür edib.

TurkicWorld xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq istiqamətində atdığı diplomatik təşəbbüslərə görə ona təşəkkür edib.

İtaliya Baş Nazirliyindən yayılan yazılı açıqlamada bildirilir ki, dünən axşam Meloni ilə Ərdoğan arasında telefon danışığı baş tutub.

Tərəflər Ukraynadakı müharibənin dayandırılması üçün diplomatik yolları və İstanbulda sülh danışıqlarına ev sahibliyi imkanlarını müzakirə ediblər.

Görüş zamanı Giorgia Meloni Prezident Ərdoğanın təşəbbüslərini yüksək qiymətləndirərək, Rusiyanın bu çağırışa müsbət cavab verəcəyinə və Ukraynada 30 günlük tam və qeyd-şərtsiz atəşkəsi qəbul edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüslərini intensivləşdirib və İstanbulda yeni raund sülh danışıqları keçirməyə hazır olduğunu bəyan edib.

Mövzuya görə xəbərlər