BAKI, TurkicWorld
Türkiyənin 23 şəhərində keçirilən İŞİD-ə qarşı əməliyyatlarda105 şübhəli saxlanılıb
TurkicWorld xəbər verir ki, Türkiyənin 23 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 105 nəfər saxlanılıb.
Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, əməliyyatlar Baş Prokurorluğun və Jandarma Baş Komandanlığının Antiterror Şöbəsi, eləcə də Təhlükəsizlik Baş İdarəsinin koordinasiyası ilə vilayət polis və jandarma qüvvələrinin iştirakı ilə həyata keçirilib.
Əməliyyat zamanı saxlanılan şəxslərin İŞİD üzvü olmaqda, təşkilata maliyyə dəstəyi göstərməkdə və sosial şəbəkələrdə İŞİD-in təbliğatını yaymaqda ittiham olunduğu bildirilib. Bundan əlavə, çoxsaylı təşkilati sənəd və rəqəmsal materialın ələ keçirildiyi qeyd olunub.
Yerlikaya ölkə miqyasında təhlükəsizliyin təmin edilməsi üçün terror təşkilatlarına qarşı mübarizənin il boyu fasiləsiz davam etdiyini vurğulayıb və əməliyyatlarda iştirak edən bütün qurumlara təşəkkürünü bildirib.
23 ilde DEAŞ Terör Örgütüne yönelik Emniyetimiz ve Jandarmamız tarafından düzenlenen operasyonlarımızda; 105 şüpheli Terör Örgütü mensubu yakalandı
— Ali Yerlikaya (@AliYerlikaya) April 11, 2025
Ülkemizin her bölgesinde huzuru ve istikrarı sağlamak için Terör Örgütlerine yönelik yılın 365 günü, gece gündüz yürüttüğümüz… pic.twitter.com/BFAdkIhspj







