Son dəqiqə

Türkiyə Türkmənistan Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar Transxəzər qaz kəməri

Türkmənistanla enerji əməkdaşlığını gücləndirəcəyik - Bayraktar

BAKI, TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, neft və təbii qaz yataqlarının işlənməsi sahəsində Türkmənistanla tərəfdaşlıq qurmaq niyyətində olduqlarını bildirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, nazir bu barədə Aşqabadda keçirilən “Sülh və Təhlükəsizlik İli: Davamlı İnkişafa nail olmaqda Regional İqtisadi Əməkdaşlıq” beynəlxalq konfransında çıxışı zamanı danışıb.

Bayraktar Türkmənistan rəhbərliyi ilə görüşlərində enerji sektorunda əməkdaşlığın vacibliyini vurğulayaraq, Türkiyənin enerji strategiyasını enerji təhlükəsizliyi və enerji müstəqilliyi prinsipləri üzərində qurduğunu qeyd edib.

Nazir bildirib ki, Türkiyə 2025-ci ildə Türkmənistan qazını idxal etməyə başlayıb və bu addım təkcə təbii qaz tədarükünün diversifikasiyası üçün deyil, həm də Türkmənistan qazının Avropaya çatdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Bayraktar Transxəzər Təbii Qaz Boru Kəmərinin inşası ilə gələcəkdə daha çox qaz nəql olunacağını, həmçinin elektrik enerjisi ticarətinin artırılması istiqamətində layihələr üzərində işlədiklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyə Türkmənistanla yanaşı, Azərbaycan, Gürcüstan, İraq və Suriya kimi ölkələrlə enerji əməkdaşlığını gücləndirmək niyyətindədir.

Mövzuya görə xəbərlər