Son dəqiqə

Yunanıstan Almaniya THY

THY Almaniya və Yunanıstanda uçuşları müvəqqəti dayandırır

Bakı, TurkicWorld

Türk Hava Yolları (THY) Almaniyanın Münhen şəhərində və Yunanıstanda baş verən tətillər səbəbindən bəzi uçuşların ləğv edildiyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , THY-nin mətbuat xidmətindən verilən məlumata görə, Yunanıstandakı tətil səbəbilə aşağıdakı uçuşlar ləğv edilib:

Afina – İstanbul: TK 1842, TK 1844, TK 1848
İstanbul – Afina: TK 1849
İstanbul – Saloniki: TK 1881, TK 1893
Saloniki – İstanbul: TK 1882, TK 1894

Almaniyanın Münhen hava limanında yerüstü xidmət işçilərinin tətili səbəbindən sabah və cümə günü planlaşdırılan uçuşlar qarşılıqlı olaraq ləğv olunub.

İstanbul – Münhen: TK 1629, TK 1633, TK 1635, TK 1637
Münhen – İstanbul: TK 1630, TK 1634, TK 1636, TK 1638

THY sərnişinlərə reyslərində dəyişiklik və ya geri qaytarma üçün şirkətin rəsmi kanallarından məlumat almağı tövsiyə edib.

Mövzuya görə xəbərlər