FETÖ Ankara Respublika Prokurorluğu

Ankarada FETÖ Əleyhinə Əməliyyat: 10-dan çox Şübhəli Aşkarlanıb

Bakı,TurkicWorld

Ankara Respublika Prokurorluğu, Fətullahçı Terror Təşkilatının (FETÖ) Hava Qüvvələri Komandanlığındakı strukturu ilə bağlı istintaqda 14 şübhəli barəsində həbs qərarı verib.

TurkicWorld xəbər verir ki, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaqlar çərçivəsində, təşkilatın Hava Qüvvələri Komandanlığı daxilində gizli şəkildə təşkilatlandığı müəyyən edilən şübhəlilərin hazırda maliyyə fəaliyyətləri ilə məşğul olduqları aşkarlanıb.

Bu çərçivədə Prokurorluq tərəfindən,ümumilikdə 14 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Şübhəlilərin dörd şəhərdə eyni vaxtda tutulması üçün əməliyyatlar Ankara Polis İdarəsinin əməkdaşları tərəfindən davam etdirilir.

Mövzuya görə xəbərlər