Son dəqiqə

Türkiyə Ukrayna Rəcəb Tayyib Ərdoğan Ankara Vladimir Zelenski Anıtkabir

Türkiyəyə səfər edən Zelenski Anıtkabiri ziyarət edib

Bakı,TurkicWorld

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada yerləşən Anıtkabiri ziyarət edib.

TurkicWorld xəbər verir ki, Zelenski Anıtkabir ziyarəti zamanı Ukrayna ilə Türkiyə arasındakı dostluq və əməkdaşlığın vacibliyini vurğulayıb.

Səfəri zamanı onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, ikitərəfli münasibətlər, müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bu səfər Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər