Son dəqiqə

Türkiyə TUSAŞ terror aktı

TUSAŞ hücumunda xəsarət alanların bir qismi evə buraxılıb

Bakı, TurkicWorld

Türkiyədə bir müddət öncə TUSAŞ-da törədilən terror aktında yaralanan 22 nəfərdən 17-i evə buraxılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyi Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) Ankara Qəhrəmankazan müəssisələrində törədilən xain terror aktı nəticəsində yaralanan vətəndaşlarla bağlı son məlumatı paylaşıb.

Nazirlik terror aktı zamanı yaralanan 22 vətəndaşdan 17-nin evə buraxıldığını açıqlayıb. Bildirilib ki, xəsarət alan beş nəfərin vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

Qeyd edək ki, Oktyabrın 23-də TAİ-nin Ankara Kahramankazan obyektlərində terror aktı törədilib.

Hücum nəticəsində beş nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib. Terrorçuların PKK terror təşkilatının üzvləri olduğu müəyyən edilib.

Mövzuya görə xəbərlər