BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi İncirlik hava bazası ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, açıqlamada ABŞ-a məxsus B-1B tipli bombardmançı təyyarələrin Adanadakı İncirlik bazasından istifadə etdiyi barədə məlumatların dezinformasiya xarakterli olduğu bildirilib.
Qeyd olunub ki, sosial mediada yayılan foto və videolar köhnədir və əvvəlki illərdə keçirilmiş planlı təlimlərə aiddir. Bildirilib ki, bu görüntülərin hazırkı regional münaqişələrlə heç bir əlaqəsi yoxdur.
Rəsmi qurum vurğulayıb ki, köhnə materialların yenidən gündəmə gətirilməsi Türkiyənin regionda sülhə yönəlmiş mövqeyinə zərər vurmaq və ölkəni münaqişənin tərəfi kimi təqdim etmək məqsədi daşıyan məqsədli informasiya əməliyyatıdır.
Açıqlamada vətəndaşlara çağırış edilərək yalnız rəsmi mənbələrin məlumatlarına etibar etməyin vacibliyi qeyd olunub və təsdiqlənməmiş xəbərlərin yayılmamasının əhəmiyyəti vurğulanıb.







