Baki, TurkicWorld
Dünən səhər satlarında Türkiyənin Malatya və Elazığ şəhərlərində baş verən zəlzələdən sonra zərər qiymətləndirmə işləri sürətlə davam edir.
TurkicWorld xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum, Malatyada baş verən 5,9 bal gücündəki zəlzələdən sonra aparılan zərərin qiymətləndirilməsi işləri ilə bağlı son vəziyyəti açıqlayıb.
Kurum, 1211 hesabatın qiymətləndirilərək , ümumilikdə 20 binanın ağır ziyan gördüyünü, Elazığda 517 binanın , Malatyada isə 18 binanın yüngül zədələndiyini qeyd edib.
Qeyd edək ki, Malatyanın Kale rayonunda dünən saat 10:46-da baş verən 5,9 bal gücündə zəlzələ başda Elazığ olmaqla, ətraf şəhərlərdə də hiss olunub.
Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Tikinti İşləri Baş İdarəsinə bağlı olaraq, hazırda Malatyada 25, Elazığda isə 27 qrup zərərin miqyasını dəyərləndirmək üçün fəaliyyət göstərir. İndiyədək hər iki vilayətdə ümumilikdə 1211 hesabat qiymətləndirilib və zərər dəyərləndirmə prosesi sürətlə davam edir.