Bakı,TurkicWorld
SİPER Ürün-2 Uzunmənzilli Hava Hücumundan Müdafiə Raketinin ikinci atış sınağı uğurla başa çatıb.
TurkicWorld xəbər verir ki, 12 sentyabr 2024-cü ildə Sinop Sınaq Mərkəzində atışma fəaliyyətləri həyata keçirilib.
Türkiyə Müdafiə Sənayesi və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirak etdiyi sınaq fəaliyyəti nəticəsində SİPER Ürün-2 Raketindən istifadə edilib.
Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgün mövzü ilə bağlı açıqlama verib.
“SIPER Layihəsi ilə Regional Hava Hücumundan Müdafiə çərçivəsində Strateji Obyektlərin Uzun Məsafəli və Paylanmış Arxitekturada Hava Hücumundan Müdafiəsini təmin etməyi hədəfləyirik”,- deyə Görgün bildirib.
100 kilometr mənzilli SİPER Ürün-1 raketi ilə ilk SİPER sisteminin bu ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi hədəflənir. SİPER Ürün-1 raketinin ardınca 150 kilometr mənzilli SİPER Ürün-2 raketi də gələcək.
SİPER Hava Hücumundan Müdafiə Sisteminin Ümumi Xüsusiyyətləri aşağıdakı kimidir:
- Hava hücumundan müdafiənin planlaşdırılması və koordinasiyası
- Əmr- nəzarət çərçivəsində məlumatların idarə edilməsi və paylanması
- Kombinə edilmiş hava təsvirinin istehsalı
- Çoxlu nişan və ardıcıl atəş
- Manual/yarı-avtomatik/avtomatik nişan
- Dost və ya düşmənin müəyyənləşdirilməsi (IFF)
- Raketlərlə ikitərəfli əlaqə
- Simli/simsiz rabitə
- Dik/çəp atış
- Geniş spektrli hava təhdidlərinə qarşı Uzun Məsafəli, Yüksək Hündürlükdə tutma qabiliyyəti
- Çətin şəraitdə işləmək bacarığı
- Taktik Məlumat Bağlantıları vasitəsilə daha yüksək komanda ilə əlaqə
- Hər biri 6 raket atmağa qadir olan 8 FFS bölməsi ilə işləmək bacarığı