Son dəqiqə

Türkiyə Silahlı Qüvvələri təyyarə qəzası

Türkiyə yük təyyarəsinin qəzaya uğraması faktı üzrə istintaq aparılır - Gürcüstan DİN

BAKI, TurkicWorld

Türkiyəyə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyənin yük təyyarəsi qəzaya uğrayıb.

Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

Mövzuya görə xəbərlər