Son dəqiqə

Türkiyə Türkiyə Silahlı Qüvvələri Azərbaycan XİN təyyarə qəzası C130 hərbi təyyarəsi

Azərbaycan XİN Türkiyəyə baş sağlığı verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə baş sağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır."

Mövzuya görə xəbərlər