Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri Türkiyə Hərbi Hava Qüvvələri təyyarə qəzası C-130 hərbi yük təyyarəsi Gürcüstan DİN Gürcüstan Hava Naviqasiya Xidməti (GASA)

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində 20 hərbçi olub

BAKI, TurkicWorld

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qəzaya düşən təyyarədə ekipaj üzvləri ilə birlikdə 20 hərbçi olub və qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd olunur ki, Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Mövzuya görə xəbərlər