Bakı, TurkicWorld
Türkiyənin son 20 ildə Afrikada sürətlə artan nüfuzu Qərbin gündəmindədir.
TurkicWorld xəbər verir ki, İngilis Financial Times qəzeti də Türkiyənin Afrikadakı təşəbbüsünü təhlil edən məqalə dərc edib.
Məqalədə Türkiyənin yumşaq gücdən istifadə edərək, ticari əməkdaşlıq və təhlükəsizlik tərəfdaşlıqlarını inkişaf etdirərək mühüm siyasi vasitəçiyə çevrildiyi bildirilib.
Liderlərin təhlükəsizlik risklərinə görə getməkdən qorxduqları Moqadişu küçələrində Ərdoğanın Somalililəri salamlaması münasibətlərdə dönüş nöqtəsi olduğu qeyd edilib.
Ötən ay xarici işlər naziri Hakan Fidanın arbitraj etdiyi Efiopiya-Somali danışıqlarının əhəmiyyəti və hər iki ölkə ilə əməkdaşlığın genişləndirilməsi vurğulanıb.
Yazıda TRT-nin Afrika kanalı ilə 4 dildə xəbərləri qitədəkilərə çatdırdığı da bildirilib.
"Türkiyə, xüsusilə Bayraktar İHA və helikopter satışı kimi bir çox məhsulda silah ixracatında qitədə dominant hala gəldi" – deyə məqalədə qeyd edilib.
Hafiz Rufizoğlu