Bakı, TurkicWorld
Türkiyənin İzmir vilayətində baş verən yanğınlarda 78 nəfər zərər (xəsarət alıb və ya tüstüdən zəhərlənib) görüb. Hazırda xəstəxanalarda 29 nəfərin müalicəsi davam edir.
TurkicWorld -in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.
Bölgəyə çox sayda tibbi qrup cəlb edilib. Alovla mübarizə havadan və qurudan davam edir.
İndiyədək bölgədə 87 yaşayış binası və 45 iş yerinin boşaldıldığı, 16 evin isə yandığı bildirilir.
Xatırladaq ki, İzmirin fərqli meşəlik ərazilərdə başlayan yanğın yaşayış yerlərinə yayılıb.