BAKI, TurkicWorld, Orxan Qədirzadə
Diyarbakır vilayətinin Ergani rayonunda baş verən faciə nəticəsində iki uşaq həyatını itirib, bir uşaq isə ağır yaralanıb.
TurkicWorld xəbər verir ki, hadisə rayonun kənd ərazisində yerləşən ibtidai məktəbin həyətində qeydə alınıb. Məktəbin həyətindəki ağaca ildırım düşməsi nəticəsində ağacın altında olan üç uşaq xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 13 və 14 yaşlı iki uşaq həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralının vəziyyətinin ağır olduğu bildirilir və onun müalicəsi davam etdirilir.







