BAKI,VOA
Energetika naziri Pərviz Şahbazov Türkiyədə bir sıra ikitərəfli görüşlər həyata keçirib.
VOA xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, nazir Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşündə Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının qlobal enerji təhlükəsizliyində rolunu müzakirə edib.
Qeyd olunub ki, görüşdə qaz təchizatı sahəsində mövcud vəziyyət dəyərləndirilib və enerji əməkdaşlığının genişləndirilməsi istiqamətləri nəzərdən keçirilib.
Bildirilib ki, tərəflər “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin inkişafını müzakirə edərək bu proseslərin sürətləndirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, görüşdə “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclasının Azərbaycanda keçirilməsi məsələsi də gündəmə gətirilib.
Qeyd edilib ki, Pərviz Şahbazov Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer ilə görüşündə də ikitərəfli enerji əlaqələrinin inkişafını müzakirə edib.
Bildirilib ki, tərəflər Sloveniyaya qaz tədarükü imkanları, əməkdaşlıq perspektivləri və məsləhətləşmələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, Sloveniya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət olunub.







