Son dəqiqə

Türkiyə tender Türkiyədə tender Yanacaq tenderi

Türkiyədə 800 min litr dizel yanacağı satın alınacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Qaziantep Su və Kanalizasiya İdarəsi tərəfindən 800 min litr dizel yanacağının satın alınması üçün açıq tender proseduru başlayıb.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma 12 ay müddətində həyata keçiriləcək və müqavilə imzalandıqdan sonra ən geci 10 gün ərzində icrasına başlanacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 13 may 2026-ci il tarixinə qədər "Değirmiçem Mah. Kıbrıs Cad. No Şehitkamil/Gaziantep" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər