Bakı, TurkicWorld
Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtləri açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Reuters"ə müsahibəsində deyib.
Nazir qeyd edib ki, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməlidir.
"Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır. Türkiyə yalnız bundan sonra Suriyadan çıxa bilər", - o əlavə edib.