Son dəqiqə

İŞİD

Türkiyədə üç İŞİD üzvü saxlanılıb

Bakı,TurkicWorld

Türkkiyənin Kilis şəhərində əməliyyat axtarışında olduqları iddia edilən üç İŞİD üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, Kilis Prokurorluğu koordinasiyasında, İŞİD Silahlı Terror Təşkilatının hərəkət və fəaliyyətlərinin qarşısının alınması üçün iki vilayətdə eyni vaxtda əməliyyat həyata keçirilib.

Saxlanılan üç nəfər ədliyyə orqanlarına sövq edilərək həbs olunub.

“Başda İŞİD terror təşkilatı olmaqla digər terror təşkilatlarının şəhərimizdəki hərəkət və fəaliyyətlərinin qarşısının alınması istiqamətində səylərimizi davam etdirəcəyik”,- deyə prokurorluqdan bildirilib.

Mövzuya görə xəbərlər