Bakı, TurkicWorld
Məşhur amerikalı müğənni Taylor Swift-in Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən konsertləri terror narahatlığı ilə iki nəfərin saxlanılmasından sonra ləğv edilib.
TurkicWorld xəbər verir ki, bu barədə konsertləri təşkil edən təşkilat Barracuda Music-in sosial media hesabından edilən açıqlamada qeyd edilib.
“Hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan 3 konserti ləğv etməkdən başqa çarəmiz yoxdur” – deyə paylaşımda bildirlib.
Açıqlamada konsert biletlərinin 10 iş günü ərzində geri qaytarılacağı qeyd edilib.
Avstriya İctimai Təhlükəsizlik İdarəsinin baş direktoru Franz Ruf, ola biləcək hücuma hazırlıqdan xəbərdar olduqlarını ifadə edərək, saxlanılan şübhəlilərdən birinin terror təşkilatı İŞİD-ə bağlı olduğunu iddia edib.
Hafiz Rufizoğlu