Bakı, TurkicWorld
Çorumda polis tərəfindən DEAŞ (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirilib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, terrorla Mübarizə İdarəsi tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində təşkilatla əlaqəli olduğu müəyyən edilən 5 xarici ölkə vətəndaşı saxlanılıb.
Əməliyyat zamanı şübhəlilərin yaşadığı mənzildə axtarış aparılıb və bir sıra rəqəmsal materiallar və sənədlər ələ keçirilib
Məhkəmə qərarına əsasən, 4 nəfər həbs edilib , 1 nəfər isə şərti azadlığa buraxılıb və xaricə çıxışına qadağa qoyulub
Saxlanılan şəxslərin dindirilmələri tamamlandıqdan sonra onlar ağır təhlükəsizlik tədbirləri altında ədliyyəyə göndərilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.