Bakı, TurkicWorld
Almaniyanın Solingen şəhərində 3 nəfərin həyatını itirdiyi bıçaqlı hücuma görə məsuliyyəti terror təşkilatı İŞİD öz üzərinə götürüb.
TurkicWorld xəbər verir ki, şəhərin yaranmasının 650 illiyi münasibətilə keçirilən festivalda bıçaqla bir şəxs ətrafdakıları təsadüfi hədəfə alıb.
Hücum nəticəsində biri qadın olmaqla 3 nəfər ölüb. 5-i ağır olmaqla 8 nəfər yaralanıb.
Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülərkən, əhalidən diqqətli olmaları istənilib. Şübhəli şəxs aşkar edilərsə, dərhal polisə məlumat verilməsi xahiş olunub.
Alman polisi hücumda şübhəli bilinən 15 yaşlı gənci saxlayıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Hafiz Rufizoğlu