Bakı,TurkicWorld
Türkiyənin İzmir şəhərində, sosial şəbəkələrdə terror təşkilatı İŞİD-in təbliğatını apardığı iddia edilən beş şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən İŞİD-ə qarşı aparılan araşdırmalar çərçivəsində sosial media hesablarında təşkilat tərəfdarı paylaşımlar etdiyi təsbit edilən beş şübhəli haqqında həbs qərarı çıxarılıb.
Polis qruplarının keçirdiyi əməliyyatla şübhəlilər yaxalanıb.
Şübhəlilər haqqında əməliyyatlar davam edir.