Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi İŞİD Ali Yerlikaya

Türkiyədə 23 şəhərdə İŞİD-ə qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyədə 23 şəhərdə İŞİD terror təşkilatına qarşı son beş gündür davam edən “GÜRZ-15” əməliyyatlarında 88 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından açıqlama verib.

Yerlikaya son terrorçu zərərsizləşdirilənə qədər millətin duaları və dəstəyi ilə mübarizəyə davam edəcəklərini bildirib.

“23 şəhərdə İŞİD terror təşkilatına qarşı son beş gündür davam edən GÜRZ-15 əməliyyatlarında 88 şübhəli tutulub. Əməliyyatları koordinasiya edən prokurorlarımızı və əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər